Ana məhəbbəti

Hər kəsdən sonra yatar analar. Hər kəsdən əvvəl qalxar. Kibritini çəkib ocağını yandırar. Körpələrinə, evinin dirəyinə xidmət etməyə başlayar. 
Səssiz-sədasız iş görər. Çaydan qaynayıb buxarı ətrafı bürüyən kimi dəmləyər məxməri çayını. Yağ, pendir, Allah verəndən nə varsa düzər süfrəyə. Uşaqlar stəkanları cingildədən qaşıqların səsinə oyanarlar ancaq. Bəzilərinin yuxusu ağır olar. Anası yaxınlaşar çarpayısının yanına. Sevgi ilə öpər, qoxulayar ciyərparasını. Necə dillər tökər, necə sevər, necə oxsayar! Nəhayət, açılar mürgülü gözlər... 
Gərgin bir gün başlayar indi də. İşıqlar yanar, sönər, əllər-üzlər yuyular... 
Bütün bu təlaşlara ancaq süfrə başında son qoyular.
Ardı →

Ancaq və ancaq körpəm üçün

Avstraliyada o günə qədər görünməmiş bir quraqlıq başlamışdı. Meşədə yaşayan heyvanlar susuzluqdan ölürdülər. Heyvanlar arasında su tapmaq üçün kəndlərə “üz tutanlar” da var idi. Halbuki, kəndlərdə yaşayanların vəziyyəti onlardan yaxşı deyildi. İnəklər və qoyunlar susuzluqdan zəif düşmüşdülər. Onlar da meşədəki heyvanlar kimi ölümə məhkum idilər. Kəndlilər isə əllərində qalan su ilə həm özlərini, həm də heyvanlarını xilas etməyə çalışırdılar. Ona görə də bu qiymətli sərvəti meşə heyvanları ilə “bölüşmək” niyyətində deyildilər. Hətta bəzi kəndlilər əllərində tüfəng su anbarlarının yanında keşik çəkirdilər…
Ardı →

Ana və bala

1 yaşındaykən — Səni əlləriylə bəslədi və yudu. Bütün gecə ağlayıb onu yatmağa imkan vermiyib TƏŞƏKKÜR ETDİNİZ !
2 yaşındaykən — sizə yeriməyi öyrətdi Səni çağırdığında otaqdan qaçaraq TƏŞƏKKÜR ETDİNİZ !
3 yaşındaykən — Sizə əziyyətLə yemək hazırladı yeməyi yarımçıq qqoyub oynamağa qaçıb da TƏŞƏKKÜR ETDİNİZ !
4 yaşındaykən — Sizə rəngarəng qəLəmLər,karandaşLar verdi. Evin bütün divarlarına şəkil edərək TƏŞƏKKÜR ETDİNİZ !
5 yaşındaykən — Sizi qəşəng paltarlarla bəzədi. Gördüyünüz ilk paLçıqLa üstünüzü bulayaraq TƏŞƏKKÜR ETDİNİZ !
6 yaşındaykən — məktəbə qədər sizinlə getdi. Küçələrdə «GETMİYƏCƏƏƏM» deyə ağlayaraq TƏŞƏKKÜR ETDİNİZ!
Ardı →

Ana

Evləndikdən 21 il sonra yeni sevgi parıltısına rast gəldim...
Bir müddət əvvəl həyat yoldaşımdan qeyri bir qadınla gəzməyə çıxmışdım. Bu, həyat yoldaşımın təşəbbüsü idi.– Onu nə qədər sevdiyini dərindən dərk et – deyə həyat yoldaşım mənə məsləhət vermişdi...
Həyat yoldaşımın, birlikdə gəzməyi və vaxt keçirməyi tövsiyə etdiyi həmin qadın Anam idi. 19 il əvvəl həyat yoldaşını – atamı itirmişdi.
Ancaq iş həyatım, gündəlik məşğuliyyət, boynuma düşən məsuliyyət, üç uşaq atası olmağım – bütün bunlar Anama tez-tez baş çəkməyimə mane olurdu.
Ardı →

Anama...

Bu gün üzün gülmür. Havalar ki yaxşıdır? Nə olub yenə?sən ki yaz fəslini sevərdin. Gələcəkdim....Vallah gələcəkdim. Bağışla..
Səhər oyananda bilirsən nəyi xatırladım? Sanki səsini də eşidirdim.
“ Bura gəlin köpəy uşaqları” deyə bizi səsləyirdin elə. Uşaqlıqda qaçıb çarpayının altında gizlənməyimiz gözümün önünə gəldi. Yadimda deyil dəqiq niyə əsəbləşmişdin. Deyəsən yenə evdə qardaşımla top-top oynayanda nəyisə sındırmışdıq. Ən birinci mən girərdim çarpayının altına, qardaşımı da qabağa verərdim ki, oxlov mənə dəyməsin. Həmin oxlov hələ də evimizdədir. 15 ildən çox olar daha dəymir bizə. Daha incitmir bizi… Amma indi… indi razıyam. Bədənimdən qan çıxana qədər həmin oxlovla döysünlər məni. Təki nəfəsinin küləyini hissi edim bircə dəfə. Mənə küləyini göndər.
Ardı →

Uşağınızla dost olun

Bəzi  uşaqlar valideyndən həddən  artıq asılı olurlar. Tez- tez analar şikayət edir ki: " Bu uşaq məndən bir dəqiqə də olsun uzaq durmur. Əlindən dincliyim yoxdu. Yemək bişirə bilmirəm, evlə məşğul olmağa qoymur. Tutur paltarımdan ağlayır. Qorxuram ki, anauşağı olsun". Belə  uşaqlar valideynə qala kimi baxırlar, Düşünürlər ki, anası ya atası onların təhlükəsizliyini təmin edəcək. 


Ardı →

Təmənnasız borc....

8 yaşlı Murad anası şam yeməyi hazırlayan zaman mətbəxə gəlib, ona bir kağız uzadır.Anası yaş əlini silib kağızı alır,orada yazılan bu sözləri oxuyur:
*Həyəti təmizlədim: 3 manat
*Otağımı səliqə — sahmana saldım: 2 manat
*Sənin üçün mağazaya getdim: 1.50 qəpik
*Sən işdə olduğun zaman balaca qardaşıma baxdım: 3 manat
...*Zibil atdım: 2 manat
*Məktəbdə yaxşı qiymət aldım: 5 manat
*Cəmi borcun: 16.50 qəpik


Ana bir qədər fikrə gedir, sonra qələmi əlinə alıb kağızın arxasına bunları yazır:


Ardı →

Ana məhəbbəti

Bir mələyi bir gün cənnətdən dünyaya göndərirlər ki, dünyadan bizə tükənməyən və ən gözəl olanı gətir.Mələk bütün günü dünyanı gəzdi, cənnətə qayıtmağa hazırlaşanda bir gül bağının üstündən uçurdu.
Həmin bağdaki, güllərin ətri onu cəlb edir. Bağa enir və Mən bu güllərdən cənnətə aparacağam deyir, bu güllər o qədər gözəl və ətirlidir ki, dünyada ən gözəl şey bu güllərdir deyə düşünür.
Gülləri götürüb qanad çalıb qalxanda elə bu an çəmənlərin içində bir körpə görür. Uşaq öz təbəssümü ilə anasının gözlərinə baxır.
Gözlərində ki qığılcım və üzündəki təbəssüm o qədər gözəldir ki, Mələk yox yoxxx bu çox gözəldir mən bu körpənidə cənnətə aparacağam deyir.
Davamı →